Özünlə qürur duya bilərsən.
Çünki sənin dəstəyin və toxunuşlarınla yaratdığımız həllər
milyonlarla insanın həyatına rahatlıq, komandamıza isə uğur gətirir.
Ancaq hələ birgə qazanacağımız çox nailiyyətlər var.
Bu yolda səni daha da ruhlandırmaq üçün daim xüsusi
imkanlar yaratmağa çalışırıq. Əlində tutduğun bu kart
məhz belə imtiyazlarla doludur.
Bu əməkhaqqı kartının bir çox üstünlükləri var.
Onunla rahat alış-verişlər edə, bol-bol bonuslar qazana,
səyahət xərclərini ödəyə, rahatlıqla nağdlaşdırma və
köçürmələr apara bilərsən.
Böyük məmnuniyyət hissi ilə Bir ekosisteminin bütün əməkdaşları üçün olan vahid əməkhaqqını kartını sənə təqdim edirik!
Böyük məmnuniyyət hissi ilə Bir ekosisteminin bütün əməkdaşları üçün olan vahid əməkhaqqını kartını sənə təqdim edirik!
Visa tərəfindən Platinum kartlarına təqdim edilən Visa Concierge və bütün digər üstünlüklər (məsələn, ödənişsiz aeroport transferlər, biznes zallara giriş, ödənişsiz isti içkilər və s.)
Xarici alış-veriş saytlarında ödənişin komissiyasız və Mərkəzi Bank kursu ilə hesablanması
Xarici ölkələrdə alış-veriş edərkən ödənişin komissiyasız və Mərkəzi Bank kursu ilə hesablanması
Xarici ölkələrin ATM-lərində hər ay 500 USD-dək (ekvivalent) məbləğin əlavə komissiya olmadan nağdlaşdırılması
Yalnız ekosistem əməkdaşlarına özəl sabit "Birlik" kateqoriyası (Bravo 3%, Birmarket 10%, QR ödənişlər 3%, Bakikart 10%) üzrə Bir Bonus qazanma imkanı
"Birlik" kateqoriyasından əlavə, hər ay 3 kateqoriya seçmək imkanı
Aylıq kateqoriya seçimləri siyahısında “Bütün ödənişlərdən 2%” kateqoriyası
Aylıq kateqoriya seçimləri siyahısında “2X ƏDV” kateqoriyası
Ölkədaxili bütün Birbank ATM-lərindən limitsiz məbləği komissiyasız nağdlaşdırma
Ölkədaxili bütün bankların ATM-lərindən aylıq 5000 AZN-dək komissiyasız nağdlaşdırma
Mütəmadi olaraq elan edilən xüsusi kampaniyalar və partnyor təklifləri
Böyük məmnuniyyət hissi ilə Bir ekosisteminin bütün əməkdaşları üçün olan vahid əməkhaqqını kartını sənə təqdim edirik!
Yeni, ekosistemə özəl dizayn və təkrar emal (eco) materialından hazırlanmış kart
Visa şirkəti tərəfindən Platinum kartlara təqdim edilən üstünlüklərlə Telegramda Visa Concierge kanalı vasitəsilə tanış olmaq olar
Visa şirkəti Platinum kartlarına aid və Visa tərəfindən təqdim edilən üstünlükləri artırmaq, azaltmaq, dayandırmaq, o cümlədən xüsusi şərtlər tətbiq etmək və şərtlərinə dəyişiklik etmək imkanına malikdir
Ölkədaxili ATM-lərdən nağdlaşdırma və ölkədaxili bank kartlarına köçürmələr üzrə yuxarı limitlər FIN koda əsasən müəyyən edilir və istifadəçinin bütün Birbank kartlarına aid cəmi limit məbləğidir
Xarici ölkələrdə alış-veriş və xarici onlayn alış-veriş saytları dedikdə xarici “merchant”lar nəzərdə tutulur
Xarici ölkələrdə 500 USD ekvivalentində nağdlaşdırma hər bir şəxsin Azərbaycan qanunları ilə nəzərdə tutulmuş xarici valyuta alışına dair limit nəzərə alınmaqla tənzimlənir
2 QAT ƏDV üstünlüyü üzrə 2 qat hesablanan ƏDV məbləğinə aylıq 50 AZN limit tətbiq olunur, bu limit hökumət tərəfindən təqdim edilən ƏDV məbləğinə şamil edilmir. Bu üstünlük yalnız əməkhaqqı kartı ilə edilən ödənişlərə şamil olunurh
Əməkhaqqı kartı üzrə kateqoriyaların seçimi keşbek kabinetində həyata keçirilsə də, bu kateqoriyalar üzrə (2 QAT ƏDV istisna) üzrə qazanclar Bir Bonus şəklində toplanacaq. Digər Birbank kartlarına görə qazanılan keşbeklər isə adi qaydada keşbek hesabına əlavə ediləcək
Bir Bonus-ları qazanmaq üçün əməkdaşların Bir Bonus hesabına malik olması zəruridir
Yeni işə qəbul olunan şəxslər Bir Bonus üstünlüklərindən növbəti ayın 1-dən etibarən faydalana bilərlər