Peşəkar gələcəyin üçün bir fürsətdir
Spark ’26 texnologiya sahəsində karyera qurmaq istəyən tələbələri və yeni məzunları bir araya gətirən platformadır. Festival gənc istedadları aparıcı texnologiya brendləri ilə əlaqələndirir, iştirakçılara karyera imkanlarını yaxından tanımaq, bu sahənin peşəkarları ilə ünsiyyət qurmaq və yeni biliklər əldə etmək imkanı yaradır.
Festivalın məqsədi Azərbaycanın gələcək texnologiya istedadlarının inkişafına dəyər qatmaq və bu təşəbbüsü ölkənin ənənəvi tələbə-texnologiya festivalına çevirməkdir. Burada tələbə və məzunlarla birlikdə həm öyrənib, həm də əylənəcəyik.