Lotereyada iştirak etmək üçün onun keçirildiyi müddətdə Umico.az-da bir və ya bir neçə dəfəyə 50 AZN və üzəri məbləğdə alış-veriş etməyiniz kifayətdir. Bu zaman xərclədiyiniz məbləğdən və ödəniş üsulundan asılı olaraq müxtəlif sayda bilet qazanacaqsınız: - Birbank (keçmiş BirKart) kartları ilə ödənişlərdə — hər 50 AZN üçün 2 bilet; - Umico.az-da kreditlə ödənişlərdə — hər 50 AZN üçün 3 bilet; - Bütün digər üsullarla ödənişlərdə — hər 50 AZN üçün 1 bilet.
Bir tiraj ərzində etdiyiniz alış-verişlərin dəyəri 50 AZN-i keçərsə, artıq olan məbləğ yalnız həmin tiraj çərçivəsində edilən digər alış-verişlərin məbləğinə əlavə edilir. - Nümunə: Tutaq ki, siz 2-ci tiraj dövründə Umico.az-da ümumilikdə 65 AZN dəyərində alış-veriş etmisiniz. Bu zaman xərclədiyiniz məbləğin 50 AZN-lik hissəsinə uyğun sayda bilet əldə edəcəksiniz. Geri qalan 15 AZN isə itməyəcək və 2-ci tiraj bitənədək etdiyiniz digər alış-verişlərə əlavə olunacaq. Bu tirajın son gününədək Umico.az-da başqa alış-veriş etmədiyiniz təqdirdə 15 AZN-lik məbləğ 3-cü tiraja keçməyəcək və silinəcək.
Lotereyada iştirak üçün biletlər sifariş etdiyiniz məhsullar sizə çatdırıldığı gün hesabınıza əlavə olunur. Əgər alış-verişi müvafiq tiraj zamanı etsəniz və məhsullar bu tirajın müddəti bitdikdən sonra, lakin tirajdakı uduşlar oynanıldıqdan əvvəl çatdırılarsa, lotereyada iştirak şansı məhsulu aldığınız (sifarişi rəsmiləşdirildiyiniz) tiraja aid edilir. - Nümunə: Tutaq ki, siz 1-ci tiraj dövründə, yəni noyabrın 4-dən 10-dək Umico.az-dan 70 AZN dəyərində məhsul sifariş etmisiniz, lakin sifariş sizə noyabrın 12-si çatdırılıb. 1-ci tirajın uduşları 22 noyabrda oynanılacaq və çatdırılma bu tarixdən əvvəl olduğu üçün siz əldə etdiyiniz biletlərlə bu tirajın iştirakçısı olacaqsınız.
Umico.az-dan aldığınız məhsulları tam və ya qismən qaytardığınız halda, lotereyada iştirak üçün qazandığınız biletlər ləğv olunur.
Aldığınız məhsullar arasında alkoqollu içkilər, tütün və tütün məmulatları olarsa, məbləğdən asılı olmayaraq bu alış-veriş sizə lotereya bileti qazandırmayacaq.
Tirajlar Umico.az-ın rəsmi Instagram səhifəsində canlı yayımda oynanılacaq. Qaliblər tam təsadüfi üsulla müəyyən ediləcək.
Daha sonra qaliblər https://landings.umico.az/super-mega-bomba-lotereya/ veb-səhifəsində və Umico.az-ın rəsmi Instagram səhifəsində açıqlanacaq, həmçinin hər bir qalibə SMS göndəriləcək.
Bir tiraj ərzində qazandığınız biletlərlə yalnız həmin tirajda və ya, əgər qalib olmasanız, Final tirajında iştirak edə biləcəksiniz. Digər tirajların qalibləri Final tirajında iştirak etməyəcək.
Lotereyada təqdim olunan qeyri-pul uduşlarının əvəzinə, heç bir halda onların pul ekvivalenti ödənilmir.
18 yaşına çatmayan şəxslər, eləcə də “Proxy” MMC, “Competo” MMC və “Kapital Bank” ASC-nin əməkdaşları lotereyada iştirak hüququna malik deyil.
Lotereyada qalib olduğunuz halda Bakı şəhəri, Nəsimi rayonu, Üzəyir Hacıbəyov 57 ünvanına yaxınlaşaraq şəxsiyyətinizi təsdiq edən sənədi, Umico.az-da qeydiyyatdan keçərkən istifadə etdiyiniz mobil nömrəni və uduş qazandıran biletin 7 rəqəmli nömrəsini təqdim etməyiniz xahiş olunur. Qazandığınız hədiyyəni qaliblər elan olunduqdan sonra 90 iş günü ərzində təhvil ala bilərsiniz. - Hədiyyənizi özünüz təhvil ala bilmədiyiniz halda, nümayəndəniz notarial qaydada təsdiq edilmiş etibarnaməni, həmçinin yuxarıda qeyd olunan müvafiq sənəd və məlumatları təqdim etməklə əldə edə bilər.