Information

Zəhmət olmasa, göstərilən xanadakı məlumatların düzgünlüyündən əmin olun.

“Biznesdə birlikdə” sahibkarlığa və iqdisadi inklüzivliyə dəstək proqramı

Proqram Bir ekosisteminin mikro sahibkarlığın inkişafını və iqtisadi inklüzifliyi dəstəkləyən sosial təşəbbüsüdür.

Qoşul

Proqramın məqsədi biznesə başlamaq istəyən və ya mövcud biznesini böyütmək istəyən təşəbbüskarları maliyyə dəstəyi ilə yanaşı, rəqəmsal bacarıqlar, satış kanalları və biznes infrastrukturu ilə təmin etməkdir.

Star

“Biznesdə birlikdə” proqramına qoşulan iştirakçılar Bir ekosisteminin Birbank, Birmarket, m10, Milliön kimi platformalarından istifadə etməklə bankçılıq, ödəniş, e-ticarət və rəqəmsal xidmətlərdən güzəştli şərtlərlə yararlana biləcəklər. İştirakçılar həmçinin bizneslərini qurmaq, inkişaf etdirmək və satışlarını artırmaq üçün zəruri olan alət və imkanları vahid platformada əldə edəcəklər. Bununla yanaşı, hüquqi və əməliyyat dəstəyi ilə təmin olunacaq, biznesə daha təhlükəsiz və sistemli şəkildə başlaya biləcəklər. Bu proqram ideyanı real biznesə, biznesi isə dayanıqlı gəlirə çevirən bir fürsətdir.

“Biznesdə birlikdə” proqramı biznesə başlamaq istəyən və ya artıq mikro sahibkarlıq fəaliyyəti göstərən şəxslər üçündür.

Idea

Proqram xüsusilə resurslara çıxışı məhdud olan və ya dəstəyə daha çox ehtiyac duyan qrupların inkişafına fokuslanıb. Bu çərçivədə həssas qruplar (şəhid ailələrinin üzvləri, fiziki imkanları məhdud şəxslər və əmək təqaüdçüləri), gənc sahibkarlar və qadın sahibkarlar proqrama müraciət edə bilərlər.

Idea

Namizədlərin uyğunluğu proqramın şərt və tələbləri, eləcə də Bir ekosisteminin uyğunluq meyarlar və qüvvədə olan qanunvericiliyə əsasən yoxlanılacaq. Proqram üzrə yekun iştirak qərarı bütün müraciətlərin dəyərləndirilməsi nəticəsində 
müəyyən ediləcək.

Idea

Məqsəd bütün iştirakçılar üçün bərabər imkanlar yaratmaq və biznesdə inklüzivliyi gücləndirməkdir.

Layihənin üstünlükləri

Təlim və sessiyalar

Proqram iştirakçılara bizneslərini qurmaq, inkişaf etdirmək və satışlarını artırmaq üçün zəruri təlim və sessiyalar təklif edir.
 

  • Sahibkarlığa giriş və biznes düşüncəsi
     
  • Maliyyə savadlılığı və biznes idarə olunması
     
  • Vergi və hüquqi maarifləndirmə
     
  • Marketpleys üzərinddən satış
     
  • Marketinq və sosial media idarəçiliyi

 

 

Güzəştli məhsul və xidmətlər

  • 6 ay müddətinə Mobil POS-terminalın ödənişsiz təmin edilməsi və illik dövriyyəsi 100 min ₼-dək olan sahibkarlara kart ödənişlərində 50% komissiya endirimi 
     
  • 6 ay müddətinə illik dövriyyəsi 120 min ₼-dək olan sahibkarlara POS-terminalın ödənişsiz təmin edilməsi
     
  • Biznesə yeni başlayacaq iştirakçılar üçün kassa aparatlarının təmin olunmasında dəstək

Satışların stimullaşdırılmasına dəstək

  • Bir Pay-də 6 ay müddətinə komissiyalara 50% endirim 
     
  • Taksit məhsulu üzrə 2, 3 və 6 aylıq ödənişlər üçün komissiyalara 20% endirim
     
  • Bir Bonus-dan 6 ay müddətinə komissiyasız istifadə imkanı 
     
  • Ən aktiv sahibkarlar üçün Bir Bonus Platformasında tərəfdaş qismində əlavə tanınma imkanı
     
  • Birbank-ın “Böl-ödə’’ məhsulundan istifadə zamanı 2 ay müddətinə komissiyalara 10% endirim

Bankçılıq və maliyyə dəstəyi

  • Birbank Biznes mobil tətbiqinə qoşulduqda 1 il müddətinə ümumilikdə 10 000 ₼ həcmində nağdlaşdırma və köçürmə əməliyyatlarını komissiyasız həyata keçirmə imkanı
     
  • Ehtiyac analizi əsasında sahibkara bizneslərini inkişaf etdirmək üçün illik 15% faiz dərəcəsi ilə mikrokredit məhsulu əldə etmək imkanı

Biznesin inkişafı və bazara çıxış

  • Birmarket platformasına qoşulma, alətlərdən istifadə və əməliyyat proseslərində dəstək
     
  • Sifarişlərin icrası, məhsulların düzgün qablaşdırılması və çatdırılma prpsesində dəstək
     
  • Yüksəkkeyfiyyətli və satışyönümlü məhsul məzmunlarının hazırlanmasına dəstək
     
  • Uğurlu satıcıların təcrübələri və satışların artırılmasına yönəlmiş praktik yanaşmaların bölüşülməsi
     
  • Marketinq dəstəyi

Proqrama qoşulma şərtləri

  • İştirak üçün VÖEN və Birbank Biznes hesabı (proqram müddətində açılmış) mövcud olmalıdır.
     
  • İştirakçılar təlim, mentorluq və digər dəstək fəaliyyətlərində aktiv iştirak etməlidirlər;
     
  • Təqdim olunan imtiyaz və güzəştlər proqramın məqsədlərinə uyğun istifadə edilməlidir. 

     
  • Tələb olunan texniki və əməliyyat proseslərinə uyğunluq təmin edilməlidir.
     
  • Biznesin məhsul və xidmətlərindən minimum 18 ay aktiv istifadə edilməlidir. 

     
  • Proqramın sonunda iştirakçının Birmarket platformasında aktiv satış həyata keçirən tərafdaş kimi fəaliyyət göstərməsi gözlənilir.
     
  • Birmarket-də mövcud kateqoriyalar üzrə məhsul təklif edilməli, məhsulların saxlanma və göndərilmə ünvanı Bakl, Sumqayıt və ya Abşeron ərazisində olmalıdır.
  • Proqram yeni sahibkarların inkişafını dəstəklədiyi üçün burada yalnız hazlırda Birmarket platformasında aktiv olmayan satıcılar iştirak edə bilər.
     
  • Eləcə də Birbank Biznes platformasında olmayan namizədlərə üstünlük veriləcək.
     
  • İmkanlardan sui-istifadə hallarında iştirakçı proqramdan kənarlaşdırıla bilər.

Müraciət Forması

Ümumi məlumatlar

Ad, soyad:
Prefiks
Əlaqə nömrəsi
E-mail:
Şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN):
Yaşadığınız şəhər/region:

Sosial media hesabları:

Instagram
Facebook
Tiktok
Digər

Hazırda biznes fəaliyyətiniz varmı?

Fəaliyyət formasını seçin:

VÖEN-iniz:
Hansı sahədə fəaliyyət göstərirsiniz?
Biznesiniz neçə ildir fəaliyyət göstərir?
Hazırkı satış kanalları
Biznes fəaliyyətinin qısa təsviri::

Birmarket-də satış təcrübəniz varmı?

Məhsul kataloqunuzu əlavə edin

Biznes ideyanının adı
Biznes ideyanız hansı mərhələdədir?
İdeyanın qısa təsviri

Əgər varsa, ideyanın təqdimatı

Zəhmət olmasa, proqramın əhatə etdiyi hədəf qruplarından sizə uyğun olanı seçin:
Hazırda hansı istiqamətdə dəstəyə ehtiyacınız var?
Proqramdan nə gözləyirsiniz?

Done

Müraciət etdiyiniz üçün təşəkkürlər!

Əsas

Milyonlar üçün Bir

Bir Azərbaycanda gündəlik həyatı daha rahat və əlçatan etmək məqsədilə bankçılıq, ödənişlər, e-ticarət və innovativ rəqəmsal xidmətləri bir araya gətirən Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemidir.

Daha ətraflı