Bir ekosisteminin e-ticarət platforması olan Birmarket, ölkədə biznes mühitinin inkişafına töhfə vermək məqsədilə tərəfdaşlarını Ticarətçilər Forumunda bir araya topladı. 3 noyabr 2025-ci il tarixində baş tutan tədbirin əsas məqsədi ölkənin müxtəlif regionlarından olan ticarətçiləri bir araya gətirmək, onlar arasında təcrübə mübadiləsi və qarşılıqlı əməkdaşlığı gücləndirmək, eyni zamanda elektron ticarət sektorunun inkişafı üçün yeni imkanlar təqdim etmək idi.
Qeyd edək ki, Birmarket platforması tərəfdaşlarına geniş infrastruktur və hərtərəfli dəstək imkanı yaradır. Platforma ölkə üzrə 1500-dən çox “Gəl Al” məntəqəsi, on minlərlə kvadratmetr anbar sahəsi və 3,5 milyondan artıq məhsul ehtiyatı ilə fəaliyyət göstərir.
Bir ekosisteminə inteqrasiya sayəsində Birmarket ticarətçiləri üçün daha geniş imkanlar açılıb – hazırda Birbank-ın 4 milyona yaxın aktiv müştərisi məhsulları birbaşa mobil tətbiq üzərindən sifariş edə bilir. İnteqrasiyanın tətbiqindən cəmi bir ay sonra platformaya əlavə 1 milyon yeni istifadəçi qoşulub ki, bu da Birmarket-in bazar mövqeyinin daha da gücləndiyini göstərir.
Bir – Azərbaycanda fərdi və korporativ müştərilərin gündəlik xidmətlərdən istifadə davranışlarını kökündən dəyişən, Qafqazın ilk tam inteqrasiya olunmuş rəqəmsal ekosistemidir. Ölkənin aparıcı brendlərini – "Birbank" rəqəmsal mobil bankçılıq tətbiqi, "Birmarket" e-ticarət platforması, "MilliÖn" ödəniş terminalları və "m10" rəqəmsal pul kisəsini özündə birləşdirərək 2025-ci ildə fəaliyyətə başlayan ekosistem, hazırda 5 milyondan çox müştəriyə xidmət göstərir. Geniş infrastruktur imkanları, eləcə də "Trendyol Azərbaycan" və "BakıKart"la qurulmuş strateji tərəfdaşlıqlar sayəsində "Bir", Azərbaycanın ilk və ən irimiqyaslı rəqəmsal ekosisteminin əsasını qoyur.
Ətraflı məlumat üçün: https://bir.az/